İCTİMAİ-SİYASİ HƏRƏKAT

müəyyən ictimai-siyasi məqsədlərə (siyasətə təsir göstərmək və ya hakimiyyəti ələ keçirmək, əldə saxlamaq və hakimiyyət vasitəsi ilə öz siyasətini həyata keçirmək və. s.) nail olmaqdan ötrü müxtəlif insanların, kütləvi və qeyri-mütəşəkkil (kor-təbii) şəkildə ümumi (vahid) ideya, mövqe, konsepsiya əsasında birləşərək aktiv ictimai – siyasi fəaliyyət göstərməsi. İctimai-siyasi qurumlardan (partiya, birlik və s.) – İ.-S.H. onunla fərqlənir ki, birinci çoxşaxəli siyasi konsepsiya üzərində qurulduğu halda, ikinci adətən konkret məqsədli olur (misal: azadlıq (müstəqillik) hərəkatı; demokratik hərəkat); birincinin ideya və konsepsiyaları müəyyən sənədlərdə (partiya nizamnaməsi, seçki platorması və s.) həkk olunduğu halda, ikinci üçün bu mütləq deyil; birinci özündə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini öz daxilində cəmləşdirdiyi təqdirdə, ikinci həm müxtəlif təbəqələri, həm də konkret təbəqəni (misal: fəhlə, tələbə və s. hərəkatı) öz daxilində cəmləşdirə bilir; birinci təşkilatlaşmış şəkildə və konkret lideri ilə fəaliyyət göstərdiyi təqdirdə, ikinci qeyri-mütəşəkkil (bir qədər də xaotik) və konkert lideri olmadan da (və ya bir neçə lideri ilə) fəaliyyət göstərə bilər; birinci uzun davamiyyətli fəaliyyət göstərə bildiyi halda, ikinci, bir qayda olaraq məqsədlərinə nail olduğu halda daxildən (və ya ehtiyacsızlıqdan) dağıla, parçalana bilər.
İCTİMAİ RƏY
İCTİMAİ TƏŞKİLATLAR
OBASTAN VİKİ
Hərəkat
Hərəkət sözünün aşağıdakı izahları vardır : obyektin məkanda yerini dəyişməsi Fizikada Mexaniki hərəkət — maddi obyektin digər maddi obyektlərə nisbətən fəzada vəziyyətinin daimi dəyişməsi. Broun hərəkəti Bir stasionar vəziyyətdən digərinə keçidin nəticəsi (Kvant fizikası). Yol hərəkəti Fəlsəfədə Hərəkət (fəlsəfə) — fəzada istənilən dəyişikliyi göstərən fəlsəfi kateqoriya. Biologiyada Hərəkət (biologiya) Təqribən eyni mənanı verən Hərəkat sözünün izahları: mütəşəkkil insan qrupunun məqsədli hərəkatı, məsələn: Muharibə əleyhinə hərakat Yaşıllar hərəkatı Gənclər hərəkatı və s.
Azərbaycan İctimai-Siyasi Universiteti
Azərbaycan İctimai-Siyasi Universiteti — Azərbaycanda fəaliyyət göstərmiş özəl ali təhsil müəssisəsi Universitet 1991-ci ilin iyun ayından fəaliyyətə başlamış (əvvəlki adı Ali İctimai-Siyasi Kollec) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli 204C saylı sərəncamı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almışdır. 7 iyul 2014-cü ildə Təhsil Nazirliyi İctimai-Siyasi Universitetə verilən lisenziya müddətinin uzadılmaması barədə qərar verib.
İctimai-Siyasi Sənədlər Arxivi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi — Azərbaycan Prezidentinin və Prezident Administrasiyasının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə məşğul olur. İşlər İdarəsi Administrasiyanın tərkibinə daxil deyil. Azərbaycanın dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən orqandır. 2021-ci ildən Prezidentin İşlər müdiri Ramin Quluzadədir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tabe olan təşkilatlar: "Ulduz" Qonaq Evi (Prezident İqamətgahı və "Ulduz" Sarayı daxil olmaqla) "Azadlıq" Qonaq Evi "Gənclik" iqamətgahı "Zuğulba" iqamətgahı (1 N-li Pansionat və "Şəfəq" Sarayı daxil olmaqla) İşlər İdarəsinin Pansionatı (əvvəlki adı: 2 N-li Pansionat) "Qəbələ" iqamətgahı "Marxal" Müalicə-İstirahət Kompleksi Rəsmi Qəbullar Sarayı (əvvəlki adı: Səadət sarayı) "Azərsuvenir" "Azərbaycan Nəşriyyatı" MMC Prezident Kitabxanası İctimai-Siyasi Sənədlər Arxivi Təsisçisi olduğu qəzetlərin siyahısı: "Bakinski raboçi" qəzetinin redaksiyası "Respublika" qəzetinin redaksiyası "Xalq qəzeti"nin redaksiyası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin «Azərsuvenir» (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2012-ci il tarixli 155 saylı Qərarı ilə Azərbaycan «Zərgərsənaye» İstehsalat Birliyinin bazasında yaradılmışdır. Müəssisənin əsas fəaliyəti dövlət orden və medallarının, müxtəlif yubiley və xatirə medallarının, döş nişanlarının, dünya dövlətlərinin bayraqlarının, Azərbaycan milli naxış və ornamentləri ilə bəzədilmiş yüksək əyarlı hədiyyəlik gümüş məmulatlarının və digər milli suvenirlərin istehsalından ibarətdir. Bütün məhsullar «Azərsuvenir» MMC-nin istehsalı olan futlyarlarla fərdi qaydada qablaşdırılır. Yuxarıda qeyd olunan məhsulların müasir tələblərə cavab verən yüksək keyfiyyətli istehsalatını təmin etmək məqsədi ilə, müəssisədə yeni istehsalat sahələri yaradılmış müasir avadanlıqlar və yüksək texnoloqiyalar tətbiq edilmişdir. Bütün məmulatların istehsalı «Azərsuvenir» MMC-də fəaliyyət göstərən, yüksək peşəkarlardan ibarət bədii-texniki şuranın nəzarəti altında icra olunur.
Allahverdi Allahverdiyev (ictimai-siyasi xadim)
Allahverdi Adış oğlu Allahverdiyev (7 noyabr 1927, Qaradağlı – 1 iyul 1988, Ağdam rayonu) — Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, Sovet dövrünün tanınmış ziyalısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1953), Ağdam rayonu Telman adına kolxozun sədri (1964–1988). Allahverdi Allahverdiyev 7 noyabr 1927-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1935-ci ildə Qaradağlı kənd məktəbinin birinci sinfinə daxil olub, orta təhsilini isə Ağdam şəhəri 1 nömrəli peşə məktəbində bitirib. Orta məktəb illərindən əmək fəaliyyətinə başlayıbdır (1942) .1944-cü ildə Komsomol sıralarına daxil olmuşdur. 1945-1950-ci illərdə Ernest Telman adına kolxozda ilk komsomol təşkilatının katibi seçilərək işləmişdir. Eyni zamanda Qiyabi təhsil aldığı Bakı Uçot Statistika məktəbini 1951-ci ildə bitirərək Ağdam rayonu Xanlar ve Telman adına kolxozda mühasib vəzifəsində fəaliyyətini davam etdirir. 1951-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin məntiq və Psixologiya şöbəsinə qəbul olub, 1956-cı ildə oranı fərqlənmə diplomuyla bitiribdir. Universıtet illərində əlaçı tələbə olmaqla yanaşı həm də çox fəal ictimaiyyətçi olub—həm universitetin Tələbə Elmi Cəmiyyətində, həm fakültə Komsomol təşkilatına rəhbərlik etmiş, həm də fakültə komsomol bürosunun katibi, fakültə partiya bürosunun üzvü və Univeristet Komsomol Komitesinin üzvü kimi fəallıq göstərmişdir. Tələbəlik illərində (1953) Sov.İKP sıralarına üzvlüyünə qəbul olub. Universiteti bitirdikdən sonra ona Elmi işçi fəaliyyəti təklif olunsa da, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi tələbnaməsi ilə fəal məzun kimi partiya işinə göndəriş alır.
Faiq Baxşəliyev (ictimai-siyasi xadim)
Faiq Nəsir oğlu Baxşəliyev (1951, Kotavan, Ağdaş rayonu – 31 dekabr 2013, Mingəçevir) — Azərbaycan SSR Ali Soveti XII çağırış üzvü, Mingəçevir və Ağdaş icra hakimiyyətlərinin başçısı. 1951-ci ildə Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Kotavan (Ağdaş) kəndinin 8 illik məktəbinin 1-ci sinifinə daxil olub. 1967-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsi orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomobil İstismarı fakultəsinə daxil olmuş və 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1973–1981-ci illərdə Mingəçevir Texniki İnstitutunda müəllim işləmişdir.1981–1990-cı illərdə Mingəçevir şəhər Avtobazasında istismar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 31 dekabr 2013-cü ildə Mingəçevirdə vəfat etmişdir. 2 oğlu, 1 qızı, 3 nəvəsi var. 1990-cı ildə Azərbaycan SSR Ali Soveti XII çağırış deputatı seçilmişdir. 1991–1992-ci illərdə Mingəçevir şəhərinin, 1993–1996-cı illərdə Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Qadınların İctimai və Siyasi Birliyi
Qadınların İctimai və Siyasi Birliyi (QİSB) — Böyük Britaniyada qadın hərəkatları çərçivəsində aparıcı təşkilatlardan biridir. Bu, üzvlərin sufrajist kimi müəyyən edildiyi ilk qrupdur. QİSB 10 oktyabr 1903-cü ildə Mançesterdə altı qadın tərəfindən yaradılmışdır. Emmeline və qızı Christabel Pankhurst aparıcı şəxslərdən olan bu təşkilatın qurucu üzvlərindəndir. QİSB səmərəsizliyinə görə qadınların Seçki Hüququ Cəmiyyətlərinin militant olmayan Milli Federasiyası ilə (Qadınların Seçki Hüququ Cəmiyyətlərinin Milli Birliyi, həmçinin "Qadınların Seçki Hüquqlarının Milli Assosiasiyası" və ya "Qadınların Seçki Hüququ Cəmiyyətlərinin Milli Assosiasiyası" kimi də tanınır) bölündü. Bu təşkilatın taktikası çıxış edərək siyasətçiləri razı salmaq olub. Qurucu üzvlər Müstəqil İşçi Partiyası ilə birlikdə sosial islahatları müdafiə edən bütün qadınlardan ibarət təşkilat yaratmağa qərar verdilər. Onlar həmçinin qadınların seçki hüququnun genişləndirilməsi üçün mübarizə aparırdılar. Onlar mübariz yanaşmalarını vurğulamaq üçün "Söz deyil, əməl" şüarını seçiblər. 1905-ci ildə QİSB Böyük Britaniya parlamentinin üzvünü qadınların seçki hüququ ilə bağlı qanun layihəsi təqdim etməyə inandırdı.
Sahib Məmmədov (ictimai-siyasi xadim)
Sahib Məlik oğlu Məmmədov (15 dekabr 1962, Ucar) — ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü (2008–2021-ci illərdə), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktory 15 dekabr 1962-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunun Müsüslü kəndində dəmiryolçu ailəsində doğulmuşdur; 1970–1980-ci illərdə Ucar rayon Müsüslü kənd orta məktəbində təhsil almışdır; 1981–1991-ci illərdə (donanmada xidmət illəri çıxılmaqla) Bakı Tunel Tikintisi İdarəsində işləmişdir. Əmək fəaliyyətinə Şimali Qafqazda, Baksan dərəsində, Neytirino qəsəbəsində abservatoriya tikintisində başlamışdır; 1981–1984-cü ildə SSRİ Hərbi Dəniz Donamasının Sakit Okean Donanmasında müddətli hərbi xidmət keçmişdir. Sakit Okean Donamasının 17-ci Operativ Eskadrasının tərkibində Cənubi Vyetnamada (Kam-Ran yarımadası) döyüş xidmətində olmuşdur. Həmin eskadranın tərkibində həmçinin Yemən (Sakkotra adası), Efiopiya (Daxlaq adası), Polşa (Qdınıya) xidmətinin davam etdirmiş və Baltik Donamasından tərxis olunmuşdur. Hərbi xidmətlərinə görə "Uzaq səfərlərə görə" medalı ilə və digər hərbi təltiflərə layiq görülmüşdür; 1985–1991-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində coğrafiya ixtisası (həmçinin coğrafiya müəllimi) üzrə təhsil almışdır; 1997–2003-cü illərdə "Odlar Yurdu" Universitetində hüquqşünası ixtisası üzrə ikinci təhsil almışdır; 2002–2004-cü illərdə Polşada (Varşava) İnsan Hüquqları üzrə Beynəlxlaq Ali Kursu bitirmişdir; 1987–1991-ci illərdə Milli Azadlıq Hərəkatında fəal iştirak etmişdir. 1987-ci ildə İşlədiyi Bakı Tunel Tikintisi İdarəsində bir neçə həmkarı ilə birgə "Azad həmkarlar birliyi" adlı yarımleqal təşkilat yaratmışdır və ona rəhbərlik etmişdir; Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında və təşkilatlanmasında iştirak etmiş, AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) rayon şöbəsinin Bakı Tunel Tikitisi İdarəsi üzrə Dayaq Dəstəsinin təsis edilməsində fəal iştirak etmiş və onun rəhbəri olmuşdur. AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) Şöbəsinin Məclis Sədri olmuşdur; 1992-ci ildə keçirilən Prezident seçkilərində Yasamal rayon seçki dairəsinin sədri olmuşdur; 1992-ci ildə əvvəlcə Yasamal rayon İcra Hakimiyyəti Başçısının humanitar məslələr üzrə birinci müavini işləmişdir; 1992–1993-cü illərdə Yasamal rayonİcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir; 1993-cü ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir və iyul ayınadək həmin vəsifədə işləmişdir; 1993–1997-ci illərdə Azərbaycan Neft-qaz sənayeşi işçilərinin Azad Həmkarlar İttifaqında Əməyin Hüquq müfəttişi vəzifəsində işləmişdir; 1997-ci ildə bir qrup həmkarları ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasını (VƏHML) təsis etmiş və onun İcraiyyə Komitəsinin sədri seçilmişdir. VƏHML 2000-ci ilin mart ayının 18 də Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən ictimi birlik kimi qeydə alənmışdır. Sahib Məmmədov hal hazırda bu təşkilatın icraiyyə komitəsinin sədridir.
REAL (hərəkat)
Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL (2020-ci ilədək ReAl) — Azərbaycan Respublikasında 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Respublikaçı Alternativ Partiyasının üzvlərinin 71%-i kişi, 29%-i isə qadın olmuşdur. 2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu. 2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi. Birinci dəfə təsis qurultayının keçirilməsinə cəhd 29 oktyabr 2017-ci ildə olub. Bu haqda məlumat 24 yanvar 2014-cü ildən elan olunub. Lakin Bakı şəhəri icra hakimiyyəti REAL-ın qurultay üçün yer ayrılması müraciətinə rədd cavabı verdi.
İnqilabçı Hərəkat
İnqilabçı Hərəkat (türk. Devrimci Hareket) və ya tam adı ilə İmperializmə və Oliqarxiyaya Qarşı İnqilabi Hərəkat (türk. Emperyalizme ve Oligarşiye Karşı Devrimci Hareket) — İnqilab yolu ənənəsinin davamı olaraq nəşr olunan aylıq siyasi jurnaldır. Bu günə kimi 49 sayı işıq üzü görüb, ilk nömrəsi 1 fevral 1997-ci ildə çap olunub. 2004-cü ildə jurnalın yazarlarından olan Öndər Babatın öldürülməsi 2007-ci ildə THKP-C/Dev-Yol əməliyyatı zamanı jurnalla əlaqəsi olan bir çox adamın məhkəməsi, 2010-cu ildə isə baş redaktorunun məhkəməsi ilə gündəmə gəlmişdir. Derginin sitesi Arxivləşdirilib 2016-01-20 at the Wayback Machine Twitter Arxivləşdirilib 2016-04-18 at the Wayback Machine Facebook Arxivləşdirilib 2016-02-04 at the Wayback Machine Dergi Sahibine "Anonim Örgüt Propagandası"ndan Ağır Ceza Devrimci Hareket Dergisi:Yazarımız Mehmet Yeşiltepe Bir Komployla Karşı Karşıya Yeşiltepe neden içeride?
Siyasi
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir. "Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb.
Azərbaycanda ictimai-siyasi fikir. XX əsr
Milliyyətçi Hərəkat Partiyası
Milliyətçi Hərəkat Partiyası (türk. Milliyetçi Hareket Partisi, qısa MHP kimi tanınır) – Türkiyədə mövcud olan siyasi partiya. MHP 8–9 fevral 1969-cu ildə Adanada keçirilən ümumi qurultayda quruldu, Cümhuriyyətçi Kəndli Millət Partiyası adını Milliyyətçi Hərəkat Partiyası olaraq dəyişdirdi. Böyük Konqresdən sonra ilk ümumi idarə heyəti iclasında və eyni zamanda MHP Gənclik Qolları ("Ülkü Ocaqları") üçün partiyanın emblemi "Üç Aypara" olaraq qəbul edildi. MHP 1969 və 1973 ümumi seçkilərində böyük bir müvəffəqiyyət qazana bilmədi. Suat Hayri Ürgüplü kabinetində "Türkeşçi" olaraq təyin olunan üç nazir vardı: Mehmet Altınsoy, Hazım Dağlı, Mustafa Kepir. 1965-ci il seçkilərində partiya 2,2% səs aldı. Milli Balans sistemi ilə 11 deputat seçildi. Bir senatoru var idi. 1968-ci ildə 14 millətvəkilindən dördü partiyadan istefa etdi.
Milliyətçi Hərəkat Partiyası
Milliyətçi Hərəkat Partiyası (türk. Milliyetçi Hareket Partisi, qısa MHP kimi tanınır) – Türkiyədə mövcud olan siyasi partiya. MHP 8–9 fevral 1969-cu ildə Adanada keçirilən ümumi qurultayda quruldu, Cümhuriyyətçi Kəndli Millət Partiyası adını Milliyyətçi Hərəkat Partiyası olaraq dəyişdirdi. Böyük Konqresdən sonra ilk ümumi idarə heyəti iclasında və eyni zamanda MHP Gənclik Qolları ("Ülkü Ocaqları") üçün partiyanın emblemi "Üç Aypara" olaraq qəbul edildi. MHP 1969 və 1973 ümumi seçkilərində böyük bir müvəffəqiyyət qazana bilmədi. Suat Hayri Ürgüplü kabinetində "Türkeşçi" olaraq təyin olunan üç nazir vardı: Mehmet Altınsoy, Hazım Dağlı, Mustafa Kepir. 1965-ci il seçkilərində partiya 2,2% səs aldı. Milli Balans sistemi ilə 11 deputat seçildi. Bir senatoru var idi. 1968-ci ildə 14 millətvəkilindən dördü partiyadan istefa etdi.
Çevik Hərəkat Dəstəsi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsi — yaşıl beretlilər kimi tanınan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Xidmətidir.
Çevik Hərəkat Qüvvələri
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsi — yaşıl beretlilər kimi tanınan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Xidmətidir.
İctimai Palata
Rusiya Federasiyasının İctimai Palatası - Rusiya Federasiyasının Dövlət Dumasının qəbul etdiyi 16 mart 2005 tarixli qanununa əsasən təşkil edilib. Bu qanuna görə Rusiya Federasiyası Prezidenti Palatanın 126 üzvündən 42 üzvünü təyin edir. Rusiya Federasiyasının İctimai Palatasının digər 86 üzvü isə ümumrusiya ictimai birlikləri (42 üzv) və regional və regionlararası birliklər (42 üzv) tərəfindən seçilirlər. Rusiya Federasiyasının İctimai Palatası aktual problemlerlər üzrə 12 komissiya və hər bir komissiya sədrinin iştirak etdiyi Rusiya Federasiyasının İctimai Palatasının Şurasından ibarətdir. Rusiya Federasiyası İctimai Palatasının və "Gənclər KİV-inin inkişafı mərkəzinin" birlikdə 31 mart 2011-ci ildə təşkil etdikləri "Modernləşdirmə və innovasion inkişaf: qlobal tərəfdaşlıq" mövzulu konfransda 200-dən çox gəncin təklifləri müzakirə olunub və müvafiq qərarlar qəbul olunub. Rusiya Federasiyasının İctimai Palatasının və İdman Nazirliyinin gənclər siyasəti şurasının birlikdə 31 mart 2011-ci ildə hazirladıqları yeni təkliflər müzakirə olunaraq qəbul olunub. Rusiyadakı Regionlararası İctimai Palataların 6.4.2011 tarixindəki plenar toplantisında Rusiyada sərmayə qoyuluşunun şəraitinin yaxşılaşmasına aid Rusiya Federasiyası Prezidentinin 10 təklifi müzakirə olunacaqdır. İctimai Palatada 16.2.2011 tarixində "Dayan, korrupsiya" adlı telefon xətti qurulubdur. Vətəndaçların korrupsiya faktları barədə verdikləri məlumatlar İctimai Palatanın hazırladığı "Müasir Rusiyada antikorrupsiya siyasətinin səmərəliliyi" hesabatının əsasını təşkil edəckdir.
İctimai Radio
İctimai Radio — Azərbaycanda fəaliyyət göstərən radiostansiya. İctimai Radionun yayımı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bütün ölkə üzrə həyata keçirilir və Abşeron Yarımadasında 90 FM tezliyində yayımlanır. Radio Azərbaycan dilində fəaliyyət göstərir. Yayımın əhəmiyyətli hissəsini azərbaycanlı musiqiçilərin əsərləri təşkil edir. Radio 2006-cı il yanvarın 10-dan fasiləsiz yayımdadır. İctimai Radio 24 saatlıq rejimdə, bütün ölkə ərazisində yayımlanır. Proqram cədvəlində əyləncəli səhər verilişi, maarifləndirici axşam şousu, idman verilişi, biznes yönümlü tok-şou, milli caz musiqisinə həsr olunmuş veriliş, o cümlədən, Azərbaycanın siyasi, sosial, mədəni gündəminə dair bir çox maarifləndirici proqramlar da yer almaqdadır. Həmçinin yeni fəaliyyətə başlayan musiqiçilərə dəstəyi ilə seçilən radionun yayımında tez-tez gənc ifaçıların musiqilərini eşitmək mümkündür. İctimai Radio Azərbaycanın ən yenilikçi yayımçılarından hesab edilir və ölkədə yeganə ictimai yayımçıdır. İctimai Radionun fəaliyyəti “İctimai televiziya və radio yayımı haqqında” qanunla tənzimlənir.
İctimai TV
İctimai televiziya və ya ictimai yayım — mülkiyyətin xüsusi formasında təşkil edilən tele və radio yayımı. Bu tip teleyayım şirkətlərinin mülkiyyəti nə dövlətə, nə şəxsi sektora aid olmayıb, "ictimai mülkiyyət" sayılır. Mülkiyyəti və şirkəti cəmiyyətin nüfuzlu insanlarından xüsusi qayda ilə seçilən şura idarə edir. Bu televiziyanın balanslaşdırılmış və qərəzsiz proqram siyasəti yeritməyə imkan verir.
İctimai Televiziya
İctimai televiziya və ya ictimai yayım — mülkiyyətin xüsusi formasında təşkil edilən tele və radio yayımı. Bu tip teleyayım şirkətlərinin mülkiyyəti nə dövlətə, nə şəxsi sektora aid olmayıb, "ictimai mülkiyyət" sayılır. Mülkiyyəti və şirkəti cəmiyyətin nüfuzlu insanlarından xüsusi qayda ilə seçilən şura idarə edir. Bu televiziyanın balanslaşdırılmış və qərəzsiz proqram siyasəti yeritməyə imkan verir.
İctimai diplomatiya
İctimai diplomatiya (ing. public diplomacy) və ya xalq diplomatiyası — xarici ictimayyətdə hökumətin strateji hədəflərinə qarşı arxainlıq və ya dözümlük qurulması məqsədilə hökumət hesabına xarici ictimayyətin məlumatlandırması və onlara təsir etməyin vasitəsilə bilavəsitə əlaqə yaradılması. 1965-ci ildə İctimai diplomatiya ifadəsini ilk dəfə onun müasir mənasında iştədən Fletçer Hüquq və Diplomatiya Məktəbinin dekanı olan Edmund A. Qullion idi. Bundan sonra o, ABŞ-də bir sıra səbəblərə görə işlənməyə başladı: birincisi, ABŞ-yə özünü SSRİ-dən fərqləndirmək üçün propaqanda və psixoloji hərb ifadələrə mərhəmətli əvəz lazım idi; ikincisi, ABŞ Məlumat Agentliyinin işçiləri özləri üçün diplomat statusunu əldə etmək istəyirdilər; və üçüncü, beynəlxalq mövqe haqqında vahid bir konsepsiya mərkəzləşməni nəzərdə tuturdu (Məlumat Agentliyi Amerikanın səsini idarə etməyinin davamı və o vaxt Dövlət Departentinin nəzərində olan mədəni işlərin hissəsini 1978-ci ildə öz nəzərəsinin altına köçürtmək üçün bunu bir dəlil şəkildə iştədib). O vaxtdan bəri, Soyuq Müharibənin sonuna qədər bu ifadə ABŞ-dən xaric geniş şəkildə istifadə edilmirdi. Soyuq müharibədən sonra isə, 24 saatlıq televizyanın və daha sonra internetin populyarlığı gəlməsinin və bundan əlavə Şərqi Avropada siyasi dəyişiklərin nəticəsində beynəlxalq münasibətlərdə məlumatın vacibliyi qalxıb və ictimai diplomatiya dünya ətrafında müxtərlif dövlətlər tərəfindən bir siyasət kimi qəbul olunmuşdu. Nikolas C. Kull ictimai diplomatiyanın beş üsulu müəyyənləşdirib: qulaq asma (listening), tərəfdarlıq (advocacy), mədəni diplomatiya (cultural diplomacy), mübadilə diplomatiyası (exchange diplomacy) və beynəlxalq yayım (international broadcasting). Urbanizasiya və qloballaşma proseslərin nəticəsində qardaş şəhər, şəhər şəbəkələnməsi (city networking) və ağıllı şəhər kimi ictimai diplomatiya üsulları inkişaf edir.
İctimai elmlər
İctimai elmlər və ya sosial elmlər — insan cəmiyyətinin müxtəlif aspektlərini öyrənən akademik biliklər toplusu. Termin təbiət elmlərindən kənarda olan elmləri ifadə etmək üçün istifadə edilir. Onlara antropologiya, arxeologiya, iqtisadiyyat, tarix, linqvistika, politologiya və s. aid edilir. İctimai elmlər (sosial elmlər) təbiət elmlərii və fəlsəfə ilə birlikdə elmi biliklərin üç vacib sahəsindən biridir. Emil Dyurqeym, Karl Marks və Maks Veber müasir sosial elmlərin əsas yaradıcılarından sayılırlar.
İctimai formasiya
İctimai formasiya (alm. Gesellschaftformation‎) – marksist iqtisadi nəzəriyyənin kateqoriyası, ictimai inkişaf mərhələsidir. Formasiya konsepsiyasının mahiyyəti – həm marksist, həm də qeyri-marksist variantlarda – vahid istiqamətli tarixi inkişaf prosesinin mövcudluğunun postulatlaşdırılmasından ibarətdir. Bu mənada, tarix keyfiyyətcə identifikasiya edilə bilən və ictimai formasiya adı almış "mərhələlərin" mütərəqqi qaydada bir-birini əvəz etməsi şəklində təsvir edilə bilər. Formasiya konsepsiyası tarixin dövrlərə bölünməsinin digər konsepsiyalarından – sivilizasiya, tarixin təkrarlanması və tarixi dövr konsepsiyalarından əhəmiyyətli dərəcədə fərqlənir. Sivil cəmiyyət konsepsiyasına görə bütün sosiumlar əlahiddə və bir-birindən asılı olmayan, çox vaxt sivilizasiyalar adlanan tarixi tiplər şəklində müxtəlif qruplarda birləşirlər. Tarixən təkamül edən məhz bu qruplardır. Belə sivilizasiyaların hər biri yarandığı andan məhv olana qədər bir neçə inkişaf mərhələsindən keçir. N.Danilevskinin təbirincə desək ümumdünya tarixi yoxdur, yalnız konkret sivilizasiyaların tarixi var. Sivilizasiya konsepsiyası N. Danilevskinin, A. Toynbinin, P. Sorokinin, O. Şpenqlerin və başqalarının nəzəriyyələrinin əsasını təşkil edir.
İctimai hamam
İctimai hamam — istirahət mərkəzi Hələ qədim vaxtlardan hamamlar insanların həyatında ictimai tikililər arasında xüsusi yer tuturdu. Qədim Misir və Roma həmişə öz hamam və termaları ilə məşhur olmuşlar. İctimai hamamlar öz əsas sanitar funksiyası ilə yanaşı həm də klub, informasiya mübadiləsi və görüş yeri kimi istifadə olunardı.
İctimai hüquq
İctimai hərkətlilik
İctimai hərəkətlilik — ictimai təbəqəni dəyişə bilmək imkanıdır. İctimai hərəkətlilik anlayışı ictimai (sosial) lift anlayışına yaxındır. İctimai hərəkətlilik — fərd və ya ictimai qrup tərəfindən ictimai quruluşda tutduğu mövqeyi (ictimai mövqe) dəyişməsi, bir ictimai təbəqədən (sinifdən, qrupdan) başqasına (şaquli hərkətlilik) və ya eyni bir ictimai təbəqənin daxilində yerdəyişmə (üfüqi hərəkətlilik). Kasta və silki cəmiyyətində kəskin məhdudlaşdırılmış ictimai hərəkətlilik sənaye cəmiyyəti şəraitdə xeyli böyüyür. Üfüqi hərəkətlilik — fərdin eyni səviyyədə olan bir ictimai qrupdan başqasına keçməsi (məsələn: pravoslav dini qrupdan katolikə keçid, bir ölkənin vətəndaşlığından başqasına keçid). Fərdi hərəkətlilik - başqalarından ayrıca olaraq bir insanın hərəkəti və qrup hərkətliliyi - hərəkət kollektiv şəkildə baş verir, fərqləndirilir. Bundan başqa coğrafi hərəkətlilik - əvvəlki status saxlanılmaqla bir yerdə başqasına hərəkət də (məsələn: beynəlxalq və regional turizm, kənddən şəhərə və əks istiqamətdə köçmə) fərqləndirilir. Coğrafi hərəkətliliyin növü kimi əhalinin miqrasiyasını - status dəyişməklə insanın bir yerdən başqasına hərəkəti (məsələn: insanın daimi yaşamaq üçün kənddən şəhərə köçməsi və məşğuliyyətini dəyişməsi) da fərqləndirirlər. Şaquli hərəkətlilik — insanın xidməti nərdivan ilə yuxarı və ya aşağı hərəkət etməsidir. Yüksələn hərəkətlilik — sosial yüksəliş, yuxarıya doğru hərəkət (Məsələn: vəzifənin yüksəlməsi).